Bakıda 34 dərəcə isti olacaq
Azərbaycanda iyunun 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında, əsasən, yağmursuz hava şəraiti gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Gecə 18-23, gündüz 30-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 753 mm civə sütunu - təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-45% olacaq.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi arabir güclənəcək. Gecə 18-23, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.