Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

04.04.2023 - 13:09

cedabet dərman SEO Xidməti

Bakıda 18 dərəcə isti gözlənilir

Azərbaycanda aprelin 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.

Gecə 6-9 dərəcə isti, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% olacaq.

Rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Gecə 6-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş