Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

07.09.2022 - 13:21

Həkimlər Klinikalar SEO Xidməti

Leysan yağacaq, dolu düşəcək

Sentyabrın 8-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-19, gündüz 22-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 20-24, dağlarda gecə 3-7, gündüz 8-13 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş