Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

27.04.2022 - 13:11

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda 26, bəzi rayonlarda 31 dərəcə isti olacaq

Aprelin 28-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16, gündüz 21-26 dərəcə isti olacaq. Bakıda gecə 14-16, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 26-31, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş