Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

28.03.2022 - 14:03

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda və rayonlarda hava yağmursuz keçəcək

Martın 29-da Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-13, Bakıda gecə 4-6, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq.

Rayonlarında da hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7°, gündüz 12-17°, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş