Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

16.03.2022 - 13:34

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda hava əsasən yağmursuz olacaq

Azərbaycanda martın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 2-4°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Rayonlarda havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 17°-dək şaxta, gündüz 0-5° şaxta olacağı bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş