Sabahın hava proqnozu

Xəbərlər

06.08.2023 - 14:37

cedabet dərman SEO Xidməti

Bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir

Avqustun 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Gecə 22-27° isti, gündüz 32-37° isti olacaq.

Rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş