Bəzi yerlərdə hava yağıntılı olacaq
Azərbaycanda aprelin 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Gecə 8-13, gündüz 14-19, bəzi yerlərdə 22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Rayonların bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Günün ikinci yarısından yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 8-13, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 8-13, bəzi yerlərdə 16-19 dərəcə isti olacağı ehtimal edilir.