Bakıda 20 dərəcə isti olacaq
Aprelin 19-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.
Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi günün birinci yarısında arabir güclənəcək. Gecə 8-12, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Gecə 6-11, gündüz 16-21, bəzi yerlərdə 23-25, dağlarda gecə 0-5, gündüz 7-12, bəzi yerlərdə 16 dərəcə isti olacaq.