Sabahdan 4 günlük bayram tətili başlayır

Cəmiyyət

05.11.2022 - 11:22

Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq

Sabahdan Azərbaycanda dördgünlük bayram tətili başlayır.

AYNA xəbər verir ki, qeyri-iş günləri noyabrın 6-7-8-9-nu əhatə edəcək.

Belə ki, Baş nazir Əli Əsədovun oktyabrın 18-də imzaladığı qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.

Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

Qeyd edək ki, növbəti iş günü noyabrın 10-da olacaq.

Müəllif: Ayna.az