Sabah temperatur 43 dərəcəyə yüksələcək

Xəbərlər

09.08.2023 - 13:52

cedabet dərman SEO Xidməti

Bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var

Avqustun 10-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Gecə 23-28 dərəcə isti, gündüz 35-39 dərəcə, bəzi yerlərdə 41 dərəcə isti olacaq.

Rayonlarda hava əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 23-28 dərəcə isti, gündüz 36-41 dərəcə, bəzi yerlərdə 42-43 dərəcə isti, dağlarda gecə 16-21 dərəcə isti, gündüz 29-34 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş