Sabah Lerikin mərkəzində qazın verilişi dayandırılacaq 

Xəbərlər

24.06.2024 - 23:15

Həkimlər Klinikalar SEO Xidməti

Qaz təchizatının saat 14:00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır

Sabah Lerik şəhərində qazın verilişi dayandırılacaq. AYNA-nın məlumatına görə, Lerik şəhər H.Aslanov küçəsində tikinti təşkilatı tərəfindən diametri 57 mm-lik və diametri 159 mm-lik qaz xəttlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar Lerik şəhəri üzrə 1700 əhali və 50 qeyri-əhali abonentin qaz təchizatının sabah saat 14:00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Müəllif: Ayna.az