Sabah dağlıq ərazilərə qar yağacaq

Xəbərlər

17.05.2024 - 13:37

Mayın 18-nin hava proqnozu açıqlanıb

Azərbaycanda mayın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Gecə 11-13 dərəcə isti, gündüz 15-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 10-13 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4-dək isti, gündüz 4-8 dərəcə isti olacaq.

Müəllif: Ayna.az