Sabah Bakının iki rayonunda qaz olmayacaq

Xəbərlər

03.09.2023 - 18:39

cedabet dərman SEO Xidməti

İstismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması məqsədilə qaz təchizatı dayandırılacaq

Sabah Qaradağ və Binəqədi rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq. AYNA xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Belə ki, sentyabrın 4-ü saat 10:00-dan Qaradağ rayonu, Sahil qəsəbəsində qaz xəttinin kipliyə sınaq olunması, həmçinin “Tbilisi prospekti” ölçü qovşağından qidalanan “Motodrom” əhali qaz kəməri üzərində və Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması məqsədilə qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan zaman Qaradağ rayonu, Sahil qəsəbəsinin tam olaraq və Binəqədi rayonu, Motodrom ərazisinin, eləcə də Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş