Sabah Bakının bəzi yerlərində qaz olmayacaq

Xəbərlər

22.08.2022 - 23:17

Həkimlər Klinikalar SEO Xidməti

Nizami rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Avqustun 23-də Nizami rayonu ərazisində SOCAR "Azəriqaz" İB-nin Təmir Tikinti İdarəsi tərəfindən 570 metr məsafədə çəkilmiş yeni PE-315 mm qaz kəmərinin şəbəkəyə qoşulması işləri aparılacaq.

AYNA xəbər verir ki, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyi məlumat verib.

 

"Bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək Nizami rayonunun müəyyən ərazilərində (Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayılov, Məmmədov küçələri, Qara Qarayev və Babək prospektlərinin bir hissəsində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Görülən işlər Nizami rayonu üzrə 10000-dən artıq əhali abonentinin, qeyri-əhali istehlakçılarının, o cümlədən kommunal istiliktəchizatı müəssisələrinin qaz təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq.

Müvəqqəti narahatlığa görə üzr istəyirik",- deyə məlumatda bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş