Sabah Bakıda yağış yağacaq

Xəbərlər

29.12.2021 - 13:14

Həkimlər Klinikalar SEO Xidməti

Dekabrın 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

Dekabrın 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Rayonlarda əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş