Sabah Bakıda bəzi ərazilərdə qaz olmayacaq

Xəbərlər

13.04.2025 - 23:21

Həkimlər Klinikalar SEO Xidməti

Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq

Sabah Bakının Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Qeyd olunub ki, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yeraltı ortatəzyiqli qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması məqsədilə 14.04.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri aparılan müddətdə A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Özbəkistan, Ə.Hacıyev, Ə.Vəliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş