Rüstəm Muradovun bacısı oğlu Ukraynada həlak olub

Dünya

23.05.2022 - 15:43

Həkimlər Klinikalar SEO Xidməti

Muradov dəfn edilməsi üçün heç olmasa bir sümük tapılmasını xahiş edib

Ukraynada Rusiya Qəhrəmanı, Cənub Hərbi Dairəsinin komandanının müavini, general-leytenant Rüstəm Muradovun bacısı oğlu öldürülüb. AYNA xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

27 yaşlı Salman Süleymanov tağım komandiri olub. Qeyd edilir ki, Salman döyüş zamanı həlak olub. 

General-leytenant Muradov Ukraynada yaralandığı üçün məlumatı xəstəxanada alıb. Bacısı oğlunun ölümü barədə ona məlumat verildikdə, Muradov dəfn edilməsi üçün heç olmasa bir sümük tapılmasını xahiş edib.

"Baza"nın mənbəsinin bildirdiyinə görə, nəticədə Salmanın qalıqları tapılıb və Dərbəndə gətirilib. General dəfn mərasimində iştirak üçün xəstəxanadan icazə alıb.

Qeyd edək ki, R.Muradov 2022-ci ilin fevralına qədər Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə komandanlıq edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş