Döyüşlərin yaxşı getdiyinə inanan rusların da sayı getdikcə azalır
Rusiya vətəndaşlarının demək olar ki, yarısı – 47 faizi Rusiya qoşunlarının Ukraynaya işğalçı müharibəsinin xeyirdən çox zərər gətirdiyi qənaətindədir. AYNA xəbər verir ki, bu, “Levada” Mərkəzinin sentyabrda keçirdiyi sosioloji sorğunun nəticələrində əksini tapıb.
Qeyd olunur ki, bu, genişmiqyaslı müharibənin başlanmasından bəri ən yüksək göstəricidir.
Eyni zamanda, il ərzində Putinin başlatdığı qondarma “xüsusi hərbi əməliyyatın” faydalarına inananların faizi on pillə azalıb - 38-dən 28 faizə enib.
Döyüşlərin yaxşı getdiyinə inanan rusların da sayı getdikcə azalır. Fevralda belə vətəndaşlar 70 faiz idi: indi onların faizi on bənd azalıb.
Sentyabr ayında respondentlərin 54 faizi sülh danışıqlarının aparılmasının tərəfdarı olub.