Ruslar xuliqanlığa görə “terrorçular və ekstremistlər” siyahısına daxil ediləcəklər

Dünya

15.07.2024 - 17:46

cedabet dərman SEO Xidməti

Bu siyahıya düşmək insana bir sıra çətinliklər vəd edir

Rusiyada “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Federal Qanuna dəyişiklik edilir. AYNA rus mediasına istinadən bildirir ki, qanun layihəsi baxılması üçün Dövlət Dumasına təqdim edilib.

Sənəddə şəxslərin “terrorçular və ekstremistlər” siyahısına daxil edilməsi üçün əsasların genişləndirilməsi təklif olunur.

Layihə qəbul edilərsə, siyahıya 213-cü maddənin 1-ci hissəsinin “b” bəndində (Siyasi, ideoloji, irqi, milli və ya dini nifrət və ya düşmənçilik zəminində xuliqanlıq, yaxud nifrət və ya düşmənçilik zəminində xuliqanlıq) törətmiş vətəndaşlar daxil ediləcək. Siyahıya Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “l” bəndi, 111-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi və 280.2-ci maddəsi ilə məhkum edilmiş şəxslər də daxil edilə bilər.

Bu siyahıya düşmək insana bir sıra çətinliklər vəd edir. Rusiyada “terrorçular və ekstremistlər”ə əmlakla maliyyə əməliyyatları aparmaq, mirasa girmək və bank kartlarından istifadə etmək qadağandır. Ərizə ilə yalnız on min rubl məbləğində əmək haqqını götürməyə icazə verilir. Eyni zamanda, işə düzəlməkdə problemlər də yarana bilər: bir çox işəgötürən, potensial işçinin statusunu öyrənərək, çox vaxt onu işə götürməkdən imtina edir.

Bu ilin birinci rübündə Rusiyada 669 nəfər “terrorçular və ekstremistlər” reyestrinə daxil edilib ki, bu da ən azı son beş ilin analoji dövrləri ilə müqayisədə rekord göstəricidir. Məsələn, 2023-cü ilin yanvar-mart aylarında reyestrə 480 nəfər, 2022-ci ildə isə 378 nəfər daxil edilib. Üstəlik, siyahıda təkcə terror aktlarında və ya onların hazırlanmasında təqsirləndirilən şəxslərin adları deyil, həm də siyasi maddələrlə məhkum olunmuş vətəndaşlar da daxil edilirlər.

Son on il ərzində siyahı beş dəfə genişlənib və hazırda onların sayı 14 mindən çoxdur. Siyahıda 52 azyaşlı var. Onların arasında 2024-cü ilin fevralında 14 yaşında reyestrə daxil olan Eqor Lauskis də var. Yalnız son on ildə Rusiya Federasiyasında azyaşlı “terrorçuların və ekstremistlərin” sayı 3,5 dəfə artıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş