“Ruslar Kiyevə zərbələri davam etdirəcəklər, amma nəticə əldə edə bilməyəcəklər”

Dünya

04.05.2023 - 15:19

cedabet dərman SEO Xidməti

Ukrayna Rusiyanın Kiyevdəki hökumət binalarına zərbə vurmaqla bağlı hədələrinə cavab verdi

“Ukrayna rəhbərliyi rus işğalçılarının hökumət binalarını vurmaq üçün yeni cəhdlərinə tam hazırdır”. AYNA xəbər verir ki, bu sözləri “Azadlıq” radiosunun efirində Ukrayna Ali Radasının Milli təhlükəsizlik komitəsinin üzvü Fyodor Venislavski deyib.

Onun sözlərinə görə, Rusiya tammiqyaslı işğalın ilk günlərindən Ukraynanın hökumət binalarına, qərar mərkəzlərinə hücum etməyə çalışır: “Ona görə də Kremlin bu təhdidləri yeni deyil. Müharibənin ilk günlərindən düşmən qərar qəbuletmə mərkəzlərinə zərbələr endirdi. Rusiya Federasiyası tərəfindən bombardmanlarının obyekti olan Xarkov, Nikolayev şəhərlərindəki adminstrasiya binalarına zərbələri xatırlamaq kifayətdir. Kiyevdə hökumət binaları hücuma məruz qaldı. Hava hücumundan müdafiə qüvvələrimizin məharəti nəticəsində binalara ziyan dəymədi. Yəni ki, hökumət idarələrinin hədəf olmasına heç kimin şübhəsi yoxdur”.

Venislavski Ukrayna hakimiyyətinin bu zərbələrdən özünü necə müdafiə etməyi planlaşdırdığına da cavab verib: "Kiyevin səmasının təhlükəsizliyi üçün səylər daha da artacaq. Kiyev Ukraynanın paytaxtı kimi Ukrayna vətəndaşları üçün mühüm simvolik dəyərə, ruslar üçün böyük psixoloji əhəmiyyətə malikdir. Ruslar mütləq bu cür zərbələri davam etdirəcəklər. Amma əmin olun ki, nəticə əldə edə bilməyəcəklər, bacarmayacaqlar. Çünki bizim bu zərbələri zərərsizləşdirməyə hazır olmağımız dəqiqdir”.

Qeyd edək ki, mayın 3-də Rusiya Ukraynanı Kremlə hücumda və bir neçə naməlum PUA-nın Kremlin damına çırpılmasından sonra Putinə sui-qəsddə ittiham edib. Dronların radar döyüş sistemləri ilə zərərsizləşdirildiyi iddia edilib.

Moskva bu iddiaya heç bir dəlil olmasa da, pilotsuz təyyarələrin Ukraynaya məxsus olduğunu iddia edir.

Rusiya təbliğatçıları Kiyevdəki hökumət binalıarını, qərarvermə mərkəzlərini vurmağa çağırış ediblər. Rusiya Federasiyasının sabiq Prezidenti Dmitri Medvedev hətta Ukrayna Prezidenti Volodimir Zelenskinin öldürülməsi təklif edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş