Rusiyanın Yaponiyadakı səfirliyinə silahlı hücum

Dünya

07.02.2022 - 15:42

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyanın sağçı radikallara görə Yaponiyaya etiraz edib

Rusiyanın Tokiodakı səfirliyinin binasına girməyə cəhd edən sağçı radikallara görə Rusiya Yaponiya Xarici İşlər Nazirliyinə (XİN) sərt etiraz edib. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Səfirlikdən bildirib ki, fevralın 6-da günorta saatlarında bir qrup silahlı sağçı radikal gənc binaya daxil olmağa cəhd edib. Onlar girişi qoruyan polislərlə əlbəyaxa olublar.

“Nəticədə müəyyən müddət ərzində Rusiya xarici missiyasının ərazisinə giriş-çıxışa qadağa qoyulub”, - deyə diplomatik missiyanın açıqlamasında qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Filippindəki səfirliyinin binasında güclü yanğın baş verib. Nəticədə səfirliyin binasına xeyli ziyan dəyib. Maniladakı səfirliyin əməkdaşları və onların ailə üzvləri təxliyə edilib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş