Rusiyanın Ermənistandakı hərbi poliqonunda partlayış olub

Xəbərlər

14.05.2022 - 00:26

Həmin vaxt poliqonda heç bir təlim olmayıb

Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı 102-ci hərbi bazasının Şirak rayonu ərazisindəki dağlıq poliqonunda partlayış olub. AYNA xarici mediaya istinadən xəbər verir ki, Kamxut dağ silsiləsinə yaxın ərazidəki poliqonda mərminin partlaması nəticəsində çoban ölüb. Məlumata görə partlayış saat 15:30 radələrində baş verib. Hərbi bazanın komandanlığı bildirir ki, həmin vaxt poliqonda heç bir təlim olmayıb.

Xatırladaq ki, 2013-cü ildə iki yeniyetmə - 12 yaşlı Artur Mkrtçyan və 16 yaşlı Muşeq Gevorkyan qoyun otararkən təlim meydançasında həlak olmuşdu.

Onlardan biri tarlada partlamamış qumbara görüb və onu götürüb.

Müəllif: Ayna.az