Rusiyalı tanınmış jurnalist Çeçenistanda döyülüb

Dünya

04.07.2023 - 13:11

cedabet dərman SEO Xidməti

Yelena Milaşinanın sosial şəbəkələrdə fotosu yayılıb

Çeçenistanda döyülən rusiyalı tanınmış jurnalist Yelena Milaşinanın fotoları yayılıb. AYNA xəbər verir ki, şəkillər BAZA tərəfindən “Telegram”da yerləşdirilib.

Fotoda yaşıl boyaya bürünmüş jurnalistin əllərinin sarğı ilə sarıldığı görünür. “Novaya qazeta”nın keçmiş əməkdaşının qısa kəsilmiş saçları diqqət çəkir.

Qeyd edək ki, Milaşina və vəkil Aleksandr Nemova hücum iyulun 4-də olub. Onlar Qroznı hava limanından gələrkən yolda döyülüblər. Vəkil və jurnalist Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi Saydi Yanqulbayevin həyat yoldaşı Zarema Musayeva barəsində hökmün elan olunması prosesini izləmək üçün Çeçenistana gediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş