Rusiyada xəstəxanada oksigenin kəsilməsinə görə 9 xəstə ölüb

Dünya

10.08.2021 - 04:29

Həkimlər Klinikalar SEO Xidməti

Oksigen stansiyasında qəza olduğu bildirilib

 

Rusiyanın Vladikavkaz şəhərinin Klinik Təcili Yardım Xəstəxanasında 9 nəfər ölüb.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, buna xəstəxananın oksigen sistemində yaranmış nasazlıq səbəb olub.

 

Məluamtı rəsmi qurumlar təsdiqləyib.

 

Bildirilib ki, oksigen stansiyasında qəza olub. Bu səbəbdən oksigen tədarükündə fasilələr yaranıb. Faktiki olaraq yeraltı ehtiyatdan qidalanan oksigen borusu qırıldığı üçün oksigen təminatı dayanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş