İntellektual oyunun iştirakçısı “nasizmin reabilitasiyası”nda təqsirli bilinir
Rusiyada “Nə? Harada? Nə vaxt” intellektual oyunun iştirakçısı Rövşən Əsgərova cinayət işi açılıb. AYNA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, Rövşən Əsgərov “nasizmin reabilitasiyası”nda təqsirli bilinir.
R.Əsgərovun "Facebook" səhifəsində marşal Georgi Jukov barəsində təhqiramiz fikirlər yazdığı vurğulanıb.