Ölənlərin arasında bir nəfər Belarus vətəndaşı var
Rusiya Federasiyasının Altay Respublikasında Mi-8 helikopteri qəzaya uğrayıb və nəticədə 4 nəfər ölüb, itkin düşən 2 nəfər sağ tapılıb.
AYNA xəbər verir ki, bu barədə Rusiya FHN mətbuat xidməti məlumat yayıb.
Həmçinin əlavə olunub ki, xəsarət alanların sayı 10 nəfərə çatıb.
Məlumatda o da qeyd edilib ki, ölənlərin arasında bir nəfər Belarus vətəndaşı var.
Xatırladaq ki, bu gün Rusiyanın Altay Respublikasında Mi-8 helikopteri qəzaya uğrayıb və ilkin ehtimala görə, qəzaya səbəb kimi helikopterin eniş zamanı elektrik naqillərinə ilişməsi göstərilib.