Rusiyada 600-dən çox aksiyaçı saxlanılıb

Dünya

24.01.2021 - 00:48

Həkimlər Klinikalar SEO Xidməti

Ən çox saxlanılanlar Moskva və Sankt-Peterburq şəhərindəndir

 

Rusiyanın paytaxtı Moskvada və digər şəhərlərdə müxalifətçi Aleksey Navalnının həbsinə etiraz olaraq keçirilən aksiyalarda saxlanılanların sayı açıqlanıb.

 

AYNA TASS-a istinadən xəbər verir ki, Rusiyanın İctimai Nəzarət Komissiyasının icraçı katibi İvan Melnikovun məlumatına görə, 600-dən çox mitinq iştirakçısı saxlanılıb. Qeyri-rəsmi mənbələr isə bu rəqəmin 2501 nəfər olduğunu bildirir. Ən çox saxlanılanlar Moskva və Sankt-Peterburq şəhərindəndir.

 

Aksiyalarda 50-dək jurnalistin xəsarət aldığı qeyd edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş