Rusiya XİN: “NATO Ukraynada Rusiya ilə münaqişəyə qarışıb”

Dünya

25.07.2023 - 12:16

cedabet dərman SEO Xidməti

Sergey Verşinin: “Biz belə halları yolverilməz hesab edirik”

NATO ölkələri Ukraynada Rusiya ilə münaqişəyə qarışıb. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

Rusiya XİN rəhbərinin müavini xatırladıb ki, iyulun 26-da Ukrayna-NATO Şurasının çağırılması planlaşdırılır: “Moskva bununla bağlı hadisələrin necə inkişaf edəcəyini diqqətlə izləyir”.

“Biz hesab edirik ki, NATO Ukraynada Rusiya ilə hərbi qarşıdurmada açıq şəkildə iştirak edir və artıq bu münaqişənin birbaşa iştirakçısıdır. NATO hərbi blokunun regional gərginliyi xeyli artıran hərəkətlərə cəlb olunmasının təhlükəli genişlənməsindən danışa bilərik. Biz belə halları yolverilməz hesab edirik”, - diplomat bildirib.

Qeyd edək ki, iyulun 12-də NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının yaradılmasını elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş