Rusiya XİN: NATO ilə insidentlər mümkündür

Dünya

02.03.2022 - 16:57

Həkimlər Klinikalar SEO Xidməti

Nazir müavini: "Biz bu silahların çatdırılması proqramlarından son dərəcə narahatıq"

Rusiya ilə NATO arasında Ukraynaya silah tədarükü ilə bağlı insidentlərin olmayacağına zəmanət yoxdur. AYNA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“Biz bu silahların çatdırılması proqramlarından son dərəcə narahatıq. Bu vəziyyətdə hər şey çox təhlükəlidir, insidentlərin olmayacağına zəmanət yoxdur”, - Qruşko vurğulayıb.

Nazir müavini əlavə edib ki, Moskva NATO-nun Ukraynadakı vəziyyətə hərbi müdaxilə planlarının olmaması ilə bağlı bəyanatlarını eşidir: "Bu, NATO-nun hərəkətlərində ən azı bir qədər ağlın qaldığını göstərir".

Qeyd edək ki, bu gün Almaniya kansleri Olaf Şolz bildirib ki, NATO üzvü olan ölkələr Ukraynada vəziyyəti sabitləşdirmək üçün hərbi müdaxilə planlaşdırmır, çünki bu, səhv olardı. Onun sözlərinə görə, dünyanın ən böyük nüvə silahına malik ölkəsi ilə Avropanın ikinci ən böyük dövləti arasında hərbi münaqişə getdiyindən təhlükəli vəziyyət yaranıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş