Rusiya XİN mümkün nüvə fəlakəti barədə xəbərdarlıq edib

Dünya

15.07.2023 - 18:03

cedabet dərman SEO Xidməti

Zaxarova: “Ukraynanın Rusiya atom elektrik stansiyalarına hücumları Avropada nüvə fəlakətinə səbəb ola bilər”

“Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın atom elektrik stansiyalarına qarşı hücumları Avropada irimiqyaslı nüvə fəlakətinə səbəb ola bilər”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Diplomat xatırladıb ki, iyulun 14-də Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Kursk AES-in yerləşdiyi Kursk vilayətinin Kurçatov şəhərində qəzaya uğrayıb: “Heç bir kritik obyektə ziyan dəyməyib və heç kim xəsarət almayıb. Eyni zamanda, AES Ukrayna Silahlı Qüvvələrinin ehtimal olunan hədəfi olub ki, bu da Kiyevin nüvə terrorizmi üsullarından istifadə etdiyini göstərir”.

Zaxarova vurğulayıb ki, Kiyev ilk dəfə deyil ki, Kursk AES-in təhlükəsizliyini təhdid edir: “Belə ki, 2022-ci ilin avqustunda ukraynalı diversantlar elektrik ötürücü qüllələri partladıblar ki, bu da stansiyanın təhlükəsiz istismarı üçün risklər yaradıb”.

“Biz Ukraynanın Avropada genişmiqyaslı nüvə fəlakətinə gətirib çıxara biləcək Rusiya atom elektrik stansiyalarına qarşı terror üsullarından fəal şəkildə istifadə etmək üzrə şər niyyətli planlarını qətiyyətlə pisləyirik”, - deyə Rusiya XİN rəsmisi qeyd edib.

Rəsmi Moskva beynəlxalq ictimaiyyəti, MAQATE və BMT-ni Kiyevin məsuliyyətsiz davranışını pisləməyə çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş