Rusiya XİN: “Moskva Trampla təmaslar üçün hazırlıq görür”

Dünya

22.01.2025 - 23:12

Həkimlər Klinikalar SEO Xidməti

“Vaşinqtondan daha aydın və konkret bir mövqe eşidəndə cədvəlləri və təşkilati məsələləri koordinasiya etməyə başlayacağıq”

“Rusiya ABŞ-ın yeni Prezidenti Donald Trampla təmas üçün daxili hazırlıqlar görür”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbərinin müavini Sergey Ryabkov deyib.

“Yəqin ki, biz Vaşinqtondan daha aydın və konkret bir mövqe eşidəndə cədvəlləri və təşkilati məsələləri koordinasiya etməyə başlayacağıq”, – diplomat bildirib.

Bir müddət əvvəl Ryabkov qeyd etmişdi ki, Tramp ABŞ Prezidenti vəzifəsinin icrasına başladıqdan sonra Vaşinqtonla razılaşmalar üçün kiçik də olsa, fürsət yaranıb.

Trampın özü Rusiya Prezidenti Vladimir Putinlə tez bir zamanda görüşmək istədiyini bildirib. Onun sözlərinə görə, onların danışıqlarının əsas mövzusu Ukraynadakı münaqişənin həlli olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş