Rusiya XİN: ABŞ və Fransanın vasitəçiliyi uğursuzluqla nəticələnib

Xəbərlər

27.04.2023 - 15:42

cedabet dərman SEO Xidməti

Zaxarova: “Region xalqlarının taleyi Vaşinqton və Parisin planlarına daxil deyil”

“ABŞ, Avropa İttifaqı və Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesində oynadıqları vasitəçilikləri uğursuzluqla nəticələnib”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Fransalı və amerikalı həmkarlarımız Cənubi Qafqazda sülhün əldə edilməsinə dair iddiaları onların müntəzəm anti-Rusiya çıxışları ilə iflasa uğrayır", - deyə XİN rəsmisi bildirib. 

Zaxarova deyib ki, Vaşinqton və Parisin hədəfi və istəkləri Moskvanın mövqelərini sarsıtmağa yönəlib: "Region xalqlarının taleyi ilə bağlı narahatlıq onların planlarına daxil deyil".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş