Rusiya və Ukrayna danışıqlarının dördüncü raundu keçiriləcək

Dünya

13.03.2022 - 12:43

Həkimlər Klinikalar SEO Xidməti

Növbəti görüşün dəqiq vaxtı hələlik məlum deyil

Ukrayna və Rusiya arasında danışıqların dördüncü raundu keçiriləcək. AYNA UNİA-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, növbəti görüşün dəqiq vaxtı hələlik məlum deyil: "Ukrayna və Rusiya Federasiyası arasında danışıqların dördüncü raundu hüquqi formatlar hazırlandıqdan sonra baş tutacaq. Bu cür formatlar yaxın gələcəkdə hazırlana bilər. Qarşılıqlı hüquqi formatlar hazırlandıqdan sonra görüş təyin olunacaq. Sabah və biri gün ola bilər”.

“Biz bütün məsələləri müzakirə etdik, indi həmin məsələləri bəzi hüquqi formatlarda tənzimləməyə çalışırıq”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl Ukrayna və Rusiya rəsmiləri arasında üç dəfə görüş keçirilib. Danışıqlar Belarus ərazisində aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş