Rusiya və Türkiyə XİN rəhbərləri Qarabağı müzakirə edəcəklər

Xəbərlər

03.06.2022 - 15:58

Həkimlər Klinikalar SEO Xidməti

Zaxarova: "Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi şəraitində ticari-iqtisadi əməkdaşlıq barədə də söhbət olacaq"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Ankaraya işgüzar səfər edəcək. AYNA xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova bildirib ki, Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqları nəzərdə tutulur: "Geniş, əhatəli məsələlər barədə ikitərəfli qarşılıqlı fəaliyyətin vəziyyətini və bu əlaqələrin dərinləşdirilməsi perspektivlərini müzakirə etmək planlaşdırılır. Bundan əlavə, Qərbin Rusiyaya qarşı qeyri-legitim sanksiyalar tətbiq etməsi şəraitində ticari-iqtisadi əməkdaşlıq barədə də söhbət olacaq”.

"Tərəflər regional və beynəlxalq gündəliyin aktual məsələlərinə dair, ilk növbədə Qarabağ, Ukrayna, Suriya və Liviyada cari vəziyyət, habelə Balkanlarda, Əfqanıstanda və Mərkəzi Asiyada vəziyyət barədə fikir mübadiləsi aparacaqlar", - deyə XİN rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş