Rusiya-Ukrayna müharibəsində 143 uşaq ölüb 

Dünya

28.03.2022 - 13:14

Həkimlər Klinikalar SEO Xidməti

Müharibə müddətində 216 uşaq yaralanıb

Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi müddətində 143 uşaq ölüb, 216 uşaq yaralanıb. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukraynanın Baş Prokurorluğunun məlumatında qeyd edilib. 

Uşaqların ən çox ölüb-yaralandığı bölgələrin statistikası belədir: Kiyev vilayətində - 67, Xarkov vilayətində - 49, Donetsk vilayətində - 53, Çerniqov vilayətində - 38, Nikolayev vilayətində - 30, Luqansk vilayətində - 27, Zaporojye vilayətində - 21, Xerson vilayətində - 24, Kiyev şəhərində - 16, Jitomir vilayətində - 15 və Sumı vilayətində - 14.

Ukrayna Ombudsmanı Lyudmila Denisova isə bildirib ki, Ukrayna şəhərlərində aktiv döyüşlər getməsi səbəbindən ölən və yaralanan uşaqların faktiki sayını müəyyən etmək mümkün deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş