Rusiya Ukrayna hərbçilərinə iki saat vaxt verib

Dünya

19.04.2022 - 12:52

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin "Azovstal" zavodunun ərazisindən çıxmasını tələb edir

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə Mariupoldakı "Azovstal" zavodunun ərazisindən çıxmaları üçün iki saat vaxt verib. AYNA Rusiya mediasına istinadən bildirir ki, Ukrayna hərbçilərinə müvafiq müraciət aprelin 19-da Müdafiə Nazirliyinin rəsmi "Telegram" kanalında dərc edilib.

Nazirlik təklif edib ki, Moskva vaxtı ilə saat 14:00-dan 16:00-a qədər istisnasız olaraq bütün Ukrayna silahlı birləşmələri və xarici muzdlular heç bir silah və sursat olmadan binanı tərk etsinlər.

Bundan əvvəl Müdafiə Nazirliyi də məlumat vermişdi ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Odessa vilayətində mülki əhalinin məhv edilməsi ilə Rusiya hərbçilərini hərbi cinayətlərdə ittiham etmək üçün təxribat hazırlayır.
 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş