Ukrayna Silahlı Qüvvələri bu günə qədər 1017 yaşayış məntəqəsini ruslardan azad edib
"Rusiya ordusu Ukrayna ərazisinin 20 faizinə nəzarət edir". AYNA UNİAN-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Prezident bildirib ki, Ukrayna Silahlı Qüvvələri bu günə qədər 1017 yaşayış məntəqəsini ruslardan azad edib.
“Rusiya qoşunları Ukraynanın 3620 yaşayış məntəqəsinə daxil olub. Bunlardan 1017-si azad edilib. Hazırda ərazimizin təxminən 20 faizi işğalçıların nəzarəti altındadır”, - deyə Zelenski çıxışında vurğulayıb.