Rusiya-Ukrayna danışıqlarının növbəti raundu bu gün baş tutacaq

Dünya

17.03.2022 - 15:53

Həkimlər Klinikalar SEO Xidməti

Peskov: “Təəssüf ki, analoji həvəsi Ukrayna tərəfdə görmürük” 

Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların növbəti raundu bu gün keçiriləcək. AYNA TASS-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Danışıqlar bu gün davam etməlidir. İndi danışıqların gedib-getmədiyini bilmirəm, amma bu gün bu və ya digər istiqamətdə danışıqlar getməlidir”, - Peskov vurğulayıb.

Kreml rəsmisinin sözlərinə görə, Rusiya nümayəndə heyəti bütün sutka ərzində danışıqlara hazırdır: “Təəssüf ki, analoji həvəsi Ukrayna tərəfdə görmürük”.

Qeyd edək ki, bu, nümayəndələrin sayca 6-cı görüşü olacaq. Bundan əvvəlki görüşlərdə hansısa ciddi nəticə əldə edilməyib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş