Rusiya təyyarələrinin Avropa İttifaqının hava məkanında uçuşu qadağan edildi

Dünya

28.02.2022 - 06:25

Həkimlər Klinikalar SEO Xidməti

Cozef Borrell: “Aİ-nin xarici işlər nazirləri qərarı dəstəkləyiblər”

Rusiya təyyarələrinin Avropa İttifaqının (Aİ) hava məkanında uçuşu qadağan edilib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Cozef Borrell deyib.

Borell qeyd edib ki, xarici işlər nazirləri Rusiya təyyarələrinin Aİ hava məkanında uçuşunu qadağan etmək barədə razılığa gəliblər.

Bundan əvvəl Almaniyanın nəqliyyat naziri Volker Vissinq ölkəsinin hava məkanının Rusiya təyyarələri üçün bağlanması qərarını dəstəkləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş