Rusiya taxıl ixracına rüsumu azaldır

İqtisadiyyat

20.05.2022 - 14:05

Hazırda Rusiyada buğdanın baza qiyməti 1 ton üçün 200 dollar, qarğıdalı və arpanın baza qiyməti isə 1 ton üçün 185 dollardır

Rusiya taxıl ixracına tətbiq etdiyi rüsumu mayın 25-dən mayın 31-nə qədərki həftə ərzində də azaldacaq. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumatda qeyd edilib ki, bu müddətdə 1 ton buğdanın ixracı üçün 110,5 dollar ABŞ dolları, 1 ton arpa və qarğıdalının ixracı üçün isə 76,5 ABŞ dolları rüsum tutulacaq. Bu qiymətlər adi halda müvafiq olaraq 357,9 ABŞ dolları və 294,3 ABŞ dollarıdır.

Xatırladaq ki, mayın 18-dən 24-nə qədərki həftə ərzində 1 ton buğdanın ixrac üçün 111,9 dollar ABŞ dolları, 1 ton arpanın ixracı üçün isə 76,5 ABŞ dolları, 1 ton qarğıdalının icracı üçün isə 77,3 ABŞ dolları rüsum müəyyən edilib. Ölkədə taxıl ixracı üçün minimum rüsum isə bu il martın 16-dan martın 22-nə qədərki həftə ərzində 1 ton üçün 86 dollar təşkil edib.

Hazırda Rusiyada buğdanın baza qiyməti 1 ton üçün 200 dollar, qarğıdalı və arpanın baza qiyməti isə 1 ton üçün 185 dollardır. 

Müəllif: Ayna.az