Səfirə Sloveniyanın Moskvadakı səfirliyinin bir əməkdaşının arzuolunmaz şəxs elan edilməsi haqqında nota verilib
Moskva cavab tədbiri olaraq Sloveniyanın Moskvadakı səfirliyinin bir əməkdaşını arzuolunmaz şəxs elan edib. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Rusiya XİN bildirib ki, aprelin 12-də Sloveniyanın Rusiyadakı səfiri Daria Bavdaj-Kuret Rusiya XİN-ə çağırılıb.
“Qarşılıqlılıq prinsipini nəzərə alaraq, səfirə Sloveniyanın Moskvadakı səfirliyinin bir əməkdaşının arzuolunmaz şəxs elan edilməsi haqqında nota verilib”, - Rusiya diplomatik xidmətinin məlumatında deyilir.