Rusiya raketinin qurbanlarının sayı 19-a çatıb

Dünya

11.07.2022 - 14:51

Həkimlər Klinikalar SEO Xidməti

Çasov Yar şəhərindəki beşmərtəbəli binanın dağıntıları altından 19 nəfərin meyiti çıxarılıb

Donetsk vilayətinin Çasov Yar şəhərində beşmərtəbəli binanın dağıntıları altından xilasedicilər artıq 19 nəfərin cəsədini çıxarıblar. AYNA bildirir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti “Telegram”da məlumat yayıb.

"Daha bir mərhumun cəsədi xilasedicilər tərəfindən dağıntılar altından çıxarılıb. Bununla da meyiti tapılan şəxslərin sayı 19 olub. Binanın dağılmış elementlərinin təmizlənməsi və sökülməsi işləri aparılır. Axtarış-xilasetmə işləri davam edir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Rusiya işğalçı ordusu iyulun 9-da axşam saatlarında Donetsk vilayətinin Baxmut rayonunun Çasov Yar şəhərini raketlərdən atəşə tutublar. Raketlərdən biri şəhərdəki beşmərtəbəli binalardan birinə düşüb. Nəticədə binanın iki girişi tamamilə dağılıb.

Donetsk rəhbəri Pavel Kirilenko bildirib ki, dağıntılar altında azı 30 nəfərin ola biləcəyi ehtimal edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş