Rusiya MN: "Qərbin Ukraynaya göndərdiyi silahlar məhv edilib"
“Rusiya Silahlı Qüvvələri son 6 gündə ABŞ və Avropa ölkələrindən Ukraynaya daxil olan logistika mərkəzini və orada olan böyük sayda xarici silah partiyasını məhv edib”.
AYNA xəbər verir ki, bu barədə bazar ertəsi Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
O qeyd edib ki, səhər saatlarında Rusiya Silahlı Qüvvələrinin Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli hava bazalı raketləri Ukrayna qoşunlarının Lvov yaxınlığındakı Maddi-Texniki Təchizat Qüvvələrinin 124-cü Birgə Logistika Dəstək Mərkəzinə hücum edib.
Konaşenkov əlavə edib ki, Rusiya raket qüvvələri və artilleriyası Ukraynanın 331 hərbi obyektinə zərbələr endirib.