Rusiya ordusu Nikolayevdə paraşütçülərin kazarmalarını bombalayıb

Dünya

19.03.2022 - 04:10

Həkimlər Klinikalar SEO Xidməti

Senkeviç: "Bizim hava hücumu xəbərdarlığımız yox idi"

Ukraynanın Nikolayevi şəhəri Rusiya ordusu tərəfindən bombalanıb. AYNA UNİAN-a istinadən xəbər verir ki, eyni vaxtda Xerson vilayətinin də atəşə məruz qalması Nikolaevdə həyəcan siqnalının işə düşməməsinə səbəb olub.

Nikolayev meri Aleksandr Senkeviç bildirib ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinə məxsus 79-cu hava desant-hücum briqadasının kazarmalarını atəşə tutub.

“Bizim hava hücumu xəbərdarlığımız yox idi, çünki Xerson rayonundan hücuma məruz qalmışdıq və sadəcə olaraq xəbərdarlıq sistemini işə salmağa vaxtımız yox idi. Bombardman sürətli baş verdi”,- deyə rəsmi şəxs bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş