“Rusiya ilə sülh sazişi iki ayrı sənəddən ibarət olmalıdır” - Zelenski

Dünya

17.04.2022 - 01:29

Həkimlər Klinikalar SEO Xidməti

Zelenski bildirib ki, Ukraynanın təhlükəsizliyinə zəmanət verilməlidir

"Rusiya ilə sülh sazişi iki ayrı sənəddən ibarət olmalıdır".

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh müqaviləsindən danışarkən deyib.

“Onlardan biri Ukraynanın təhlükəsizliyinə zəmanət, digəri isə onun Rusiya Federasiyası ilə birbaşa əlaqəsinə dair olmalıdır”, - deyə Zelenski bildirib.

Dövlət başçısı qeyd edib ki, hazırda Britaniya, ABŞ, İtaliya və Türkiyə Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazırdır, lakin hələlik heç kimdən yekun cavab gəlməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş