Mariya Zaxarova: “Snəd ikitərəfli səfər zamanı təntənəli şəraitdə imzalanacaq”
“Rusiya və İran arasında strateji tərəfdaşlığa dair hərtərəfli saziş hazırdır. Sənədin imzalanma vaxtı razılaşdırılır”. AYNA rus mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Zaxarova mətbuatda Rusiya və İranın sazişin imzalanması ilə bağlı fikirlərini dəyişməsi ilə bağlı yayılan xəbərləri belə şərh edərkən söyləyib ki, bu, yalandır: “Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlığa dair yeni dövlətlərarası saziş hazırdır. Sənəd ikitərəfli səfər zamanı təntənəli şəraitdə imzalanacaq. Sadəcə tarixlər razılaşdırılır”.
"Moskva ilə Tehran arasında ölkələrimizin xalqlarının mənafeyi naminə səmərəli əməkdaşlıq öz-özünə inkişaf edir və davam edir. Biz bu işi davam etdirəcəyik. Şayiələr yayanları buna şübhə etməməyə çağırıram”, - Zaxarova vurğulayıb.