Zaporojye Atom Elektrik Stansiyasının Rusiya ordusunun nəzarətindədir
Ukrayna Dövlət Nüvə Tənzimləmə Müfəttişliyi Avropanın ən böyük stansiyası olan Zaporojye Atom Elektrik Stansiyasının (AES) Rusiya ordusunun nəzarətində olduğunu açıqlayıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
İdarə Heyətinin məlumatında qeyd edilib ki, zavodun ərazisinin Rusiya ordusunun nəzarətində olmasına baxmayaraq, şəxsi heyət işlərini davam etdirir.
Qeyd edək ki, Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyası və dünyanın 10 ən böyük atom elektrik stansiyasından biri kimi tanınır.