Ukrayna Baş Qərargahı: Rusiya ordusunun raket və hava zərbələri təhlükəsi hələ də davam edir
Ukrayna ilə sərhəddə Rusiya ordusu hava hücumundan müdafiə sistemlərini Belarus ərazisinə aparır. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Volın və Polesye istiqamətlərində Rusiya Federasiyası silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin Belarus ərazisinə hərəkəti qeydə alının", - xəbərdə bildirilib.
Baş Qərargah əlavə edib ki, Belarus ərazisindən və hava məkanından Rusiya ordusunun raket və hava zərbələri təhlükəsi hələ də davam edir.