Rusiya gəmiləri Bakıya “dostluq səfəri” ediblər

Xəbərlər

27.06.2024 - 17:45

Həkimlər Klinikalar SEO Xidməti

Qeyri-rəsmi “dostluq səfəri” iyunun 30-dək davam edəcək

İyunun 27-də Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi “dostluq səfəri” ilə Bakıya gəliblər. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

Gəmi heyətləri üçün səfər çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil ediləcək, həmçinin hərbi dənizçilərin idman yarışı üzrə yoldaşlıq görüşü keçiriləcək.

Qeyri-rəsmi “dostluq səfəri” iyunun 30-dək davam edəcək.

Müəllif: Ayna.az